Su filteri kartrici — filterin vaxtında dəyişdirilməli olan əsas sərf materialıdır. Bu bölmədə spun (sediment), karbon və inline kartriclər, eləcə də müxtəlif filter sistemləri üçün dəstlər var.

Hansı kartric nə iş görür?
Məişət su filterlərində hər kartricin öz vəzifəsi var: spun (sediment) kartric qum, pas və lili tutur; GAC və CTO karbon kartriclər xloru, dad və qoxunu udur; post karbon suya son təravəti verir; mineral kartric isə suya bəzi mineralları qaytarır.

Kartriclər vaxtında dəyişdirilmədikdə filter effektivliyini itirir, membran tez korlanır və suyun dadı pisləşir. Ona görə dəyişmə qrafikinə əməl etmək vacibdir.

Kartric dəyişmə qrafiki (təxmini)
• Sediment (spun) — 3–6 ay
• GAC və CTO karbon — 6 ay
• Post karbon — 12 ay
• Mineral kartric — 6–12 ay
• Membran — 1,5–2 il (Membranlar bölməsinə baxın)

Bu bölmədəki məhsullar
• Spun filter 10″
• Su filter /inline kartriclər 1-2-3

Haradan almaq olar?
Bütün məhsulları Bakıda NetaGroup-dan əldə edə bilərsiniz. Qiymət və mövcudluq üçün bizimlə əlaqə saxlayın və ya WhatsApp-a yazın: +994 51 390 15 63. Ünvan: Əhməd Rəcəbli küç. 219, Bakı. İş saatları: hər gün 09:00–21:00. Quraşdırma və texniki xidmət: servis xidmətlərimiz.

Digər bölmələr
• Membranlar
• Ehtiyyat hissələr
• Ev üçün su filterləri
• Ofis, restoran və kafe üçün su filterləri
• Bütün su təmizləmə sistemləri

Tez-tez verilən suallar

Kartrici özüm dəyişə bilərəmmi?
Bəli, standart 10″ və inline kartricləri dəyişmək çətin deyil. İstəsəniz NetaGroup ustaları bunu yerində edir.

Hansı kartric mənim filterimə uyğundur?
Filterinizin modelini və ya şəklini WhatsApp-a göndərin — uyğun kartricləri seçək.

Kartrici yuyub təkrar istifadə etmək olarmı?
Xeyr, kartriclər birdəfəlik sərf materialıdır və yuyulduqda effektivliyini itirir.

Ətraflı oxu: Su filtrləri (Wikipedia)

Showing all 2 results