Ev üçün su filteri — mətbəxdə içməli, çay-qəhvə və yemək üçün təmiz su əldə etməyin ən rahat yoludur. Bu bölmədə 5–6 mərhələli əks osmos filterləri, pompalı və pompasız modellər, magistral filterlər toplanıb.

Ev üçün su filteri necə işləyir?
Ev üçün su filterlərinin əksəriyyəti əks osmos texnologiyası ilə işləyir. Su əvvəlcə mexaniki (sediment) filtrdən keçir və qum, pas, lildən təmizlənir; sonra granul və blok karbon xloru, dad və qoxunu udur. Əsas mərhələ — əks osmos membranıdır: o, həll olmuş duzları, codluğu, ağır metalları, bakteriya və virusları ayırır. Sonda post karbon suya təravət verir.

Təmizlənmiş su moyka altındakı çəndə toplanır və ayrıca krandan istifadə olunur. Belə sistem butulka su almaq ehtiyacını azaldır, çaydanda və qəhvə maşınında ərp yığılmasının qarşısını alır.

Ev üçün su filteri seçərkən nəyə diqqət etməli?
• Şəbəkə təzyiqi — təzyiq 2,5–3 bardan aşağıdırsa, pompalı model seçin.
• Mərhələ sayı — 5 mərhələ standartdır; 6-cı mərhələ adətən mineral kartricdir.
• Çənin həcmi — 4–5 nəfərlik ailə üçün 2,8–3,2 gallon çən kifayətdir. Metal çən daha uzunömürlüdür.
• Kartriclərin tapılması — sərf materiallarını Kartriclər bölməsində tapa bilərsiniz.
• Quraşdırma və servis — filter peşəkar quraşdırıldıqda və vaxtında servis olunduqda uzun illər işləyir.

Bu bölmədəki məhsullar
• Waterboss X su filteri
• Atlas Filtri İsti Su
• Su filteri Turva 6 mərhələli Türkiyə
• İsti su Filtiri Atlas
• Su filtri HYDRA | ATLAS FILTRI | Kopmlekt
• Su filtiri Atlas
• Mətbəx üçün su filtiri Ravent Cool
• Mətbəx üçün su filtiri Yaqut Turkuaz
• Mətbəx üçün su filtiri Aqua Water

Haradan almaq olar?
Bütün məhsulları Bakıda NetaGroup-dan əldə edə bilərsiniz. Qiymət və mövcudluq üçün bizimlə əlaqə saxlayın və ya WhatsApp-a yazın: +994 51 390 15 63. Ünvan: Əhməd Rəcəbli küç. 219, Bakı. İş saatları: hər gün 09:00–21:00. Quraşdırma və texniki xidmət: servis xidmətlərimiz.

Digər bölmələr
• Su yumşaldıcılar
• Kartriclər
• Krantlar
• Ofis, restoran və kafe üçün su filterləri
• Bütün su təmizləmə sistemləri

Tez-tez verilən suallar

Ev üçün su filterinin kartricləri nə vaxt dəyişilir?
Sediment və karbon filtrlər adətən 6 ayda bir, post karbon ildə bir, membran isə 1,5–2 ildən bir dəyişilir. Müddətlər suyun keyfiyyətindən asılıdır.

Pompalı və pompasız filter arasında fərq nədir?
Pompalı filter membrana əlavə təzyiq verir, ona görə şəbəkə təzyiqi zəif olan binalarda da stabil işləyir.

Əks osmos suyu içmək sağlamdırmı?
Bəli, əks osmos suyu təmiz və təhlükəsizdir. İstəyə görə sistemə mineral kartric əlavə etmək mümkündür.

Ətraflı oxu: Əks osmos (Wikipedia)

Showing all 9 results